hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Həbsdəki partiya sədri şikayət verdi - Məhkəmə olacaq

Həbsdəki partiya sədri şikayət verdi - Məhkəmə olacaq

Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Cebhe.info Report-a xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti iclas iyunun 22-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğlu zərərçəkmiş qismində tanınır.

İ.Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İttihama görə, o, 2013-cü ildə A.Müslümova 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyi vədi verib. Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Daha sonra İ.Babayev işdən çıxarılıb.

Cebhe.info


Oxunma sayı: 485