hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Həbsxanada QİYAM: 29 İŞİD-çi öldürüldü

Həbsxanada QİYAM: 29 İŞİD-çi öldürüldü

Tacikistanda həbsxanada baş verən qiyam nəticəsində 29 məhbus öldürülüb.

Cebhe.info xəbər verir ki, qiyam ölkənin qərbindəki cəzaçəkmə müəssisəsində baş verib. İŞİD-lə əməkdaşlıqda günahlandırılan 30 məhkum 3 həbsxana əməkdaşını girov götürüb. Daha sonra isə həmin şəxsləri öldürüblər. Məhkumlar bıçaqla silahlanıb və azad olunmalarını tələb ediblər.

Daha sonra həbsxanaya xüsusi əməliyyat düzənlənib. Nəticədə 29 məhkum öldürülüb. Hazırda həbsxanada nəzarətin tam bərpa olunduğu bildirilir. İstintaq baş verən hadisəni araşdırır.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1244