hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Həbsxanadan toyxanaya: Fədayə Laçın toy qiymətini qaldırıb?

Həbsxanadan toyxanaya: Fədayə Laçın toy qiymətini qaldırıb?

10 günə yaxındır ki, azadlığa çıxan müğənni Fədayə Laçın artıq toy sifarişləri alır. 

Cebhe.info-ya daxil olan məlumata görə, müğənni aldığı toy sifarişlərinin qiymətini qaldırıb. Məsələni Fədayə Laçının özü ilə dəqiqləşdirməyə çalışsaq da, cəhdimiz baş tutmayıb. İlahə Fəda bacısının telefonunun olmadığıın bildirib və bir qədər sonra onun vasitəsilə Fədayə Laçınla danışa biləcəyimizi deyib. Amma sonradan əlaqə saxlasaq da, İlahə Fəda buna imkan verməyib:  

“Siz müsahibə götürmək istəyirsiniz? O, telefonla müsahibə vermir. Həm də çox yorğundur. 5-10 gün sonra müsahibə verər, yaxşı? Toy barədə isə ümumiyyətlə, danışmaq istəmir”. 

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 6 il müddətində azadlıqdan məhrum edilmişdi. Ötən ay isə müğənni Fədayə Laçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və F.Laçının cəzası 2 ilə endirilib. Müğənni oktyabrın 29-da azadlığa buraxılıb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1849