hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Hədə-qorxu ilə 2500 manat alan qardaşlar saxlanıldı

Hədə-qorxu ilə 2500 manat alan qardaşlar saxlanıldı

Bakıda Xırdalan şəhər sakininə hədə-qorxu gələn qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılıblar.

M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 859