hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Həftənin sonu planetlərin paradı başlayır

Həftənin sonu planetlərin paradı başlayır

İyul ayında səmada planetlərin paradını müşahidə etmək mümkün olacaq.

Cebhe.info xəbər verir ki, bu barədə Moskva Planetariyasının direktoru Faina Rublyova RİA “Novosti”yə bildirib.

Belə ki, iyulun 4-dən etibarən səmada gecələr Mars, Yupiter və Saturnu, səhərlər isə Veneranı görmək mümkün olacaq. Uran və Neptunu isə cihazsız müşahidə etmək mümkün olmayacaq.

Günəş qabağını tutduğu üçün Merkurini görmək alınmayacaq.

Direktorun sözlərinə əsasən, parad tədricən yarandığı üçün, təbiət hadisəsini iki həftə ərzində müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, səmada göy cisimləri bir sırada düzüldüyünə görə bu hadisəyə planetlərin paradı deyilir.

Cebhe.info


Oxunma sayı: 771