t Həftər ancaq Putinə hörmətinə görə döyüşməyib: ATƏŞKƏS BİTDİ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Həftər ancaq Putinə hörmətinə görə döyüşməyib: ATƏŞKƏS BİTDİ

Həftər ancaq Putinə hörmətinə görə döyüşməyib: ATƏŞKƏS BİTDİ

Liviyada atəşkəs başa çatıb və paytaxt Tripolidə yenidən atəş səsləri eşidilir. 

Cebhe.info xəbər verir ki, bunu Nümayəndələr Palatasının sədri Akila Salh deyib.  

“Al Ghad" telekanalına müsahibəsində o bildirib ki, şərqdəki hökumət və Liviya Milli Ordusunun rəhbəri general Həftər atəşkəsə ancaq Rusiya Prezidenti Vladimir Putinə olan hörmətə görə razılıq verimişdi. Liviya ordusunun "terrorçuları dəstəkləməkdə" günahlandırdığı Türkiyənin mövqeyi, Liviya hökumətinin xahişi ilə hərbi əməliyyatlara başlamaq niyyəti paytaxtı uğrunda növbəti döyüşə səbəb ola bilər.

Xatırladaq ki, 12 yanvarda Ərdoğan və Putinin təşəbbüsü ilə Liviyada atəşkəs elan edilmib. Ancaq 13 yanvarda Moskvada tərəflərin görüşü uğurla nəticələnməyib və Həftər narazı şəkildə ölkəsinə qayıdıb. Onun bildirdiyinə görə, sülh sazişinə ordunun tələbləri daxil edilməyib. Həftər saziş mətninə görə Türkiyəni ittiham edib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1134