hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Həftərə dəstək üçün Liviyaya keçməyə çalışan 122 nəfər saxlanıldı

Həftərə dəstək  üçün Liviyaya keçməyə çalışan 122 nəfər saxlanıldı

Sudan təhlükəsizlik qüvvələri döyüşmək üçün Liviyaya keçməyə çalışan 122 nəfər muzdu döyüşçünü saxlayıb.

Cebhe. info xəbər verir ki, məlumatı Sudan Təcili Dəstək Qüvvələrinin sözçüsü Briqada generalı Cəmal Cuma verib. Liviya Milli Barışıq Hökuməti tez-tez Sudan muzdlularının Xəlifə Həftər qüvvələrinə qoşulduğunu iddia edirdi.

C. Cuma saxlanılanlardan 72-sinin ağır ittihamlarla məhkəməyə çıxarılacaqlarını, digərlərinin isə polisə təslim edildiyini deyib.

Qeyd edək ki, yayılan məlumata görə, iqtisadi cəhətdən zəif olan Sudan dövlətinin gəncləri mühafizəçi adı ilə Birləşmiş Ərəb Əmirliklərin, oradan isə Liviyadakı bir hərbi təlim düşərgəsinə aparılır. Məlumata görə, gənclər 3 ay ciddi təlim keçildikdən sonra Həftərin dəstəsinə qatılır.

BMT-nin məlumatında da bu barədə fikirlər öz əksini tapıb.

Əli Bədir
Cebhe. info


Oxunma sayı: 1948