hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Həftəsonu ictimai nəqliyyatla bağlı qərar dəyişdi: Metro hər gün işləyəcək, avtobuslar isə... - RƏSMİ

Həftəsonu ictimai nəqliyyatla bağlı qərar dəyişdi: Metro hər gün işləyəcək, avtobuslar isə... - RƏSMİ

Koronavirusla əlaqədar iyun ayı ərzində həftəsonu ictimai nəqliyyat işləməyəcəyi bildirilsə də, qərara dəyişiklik olunduğu bildirilir.

Belə ki, iyun ayında Bakı Metropoliteninin şənbə-bazar günləri də daxil olmaqla hər gün işləyəcəyi ilə bağlı məlumatlar yayılıb.

Cebhe.info-ya açıqlamasında "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun iş qrafikində dəyişiklik olub:

"İyun ayı ərzində metropoliten hər gün işləyəcək. Futbol matçı olduğu günlərdə isə metro gecə 2-yə qədər işləyəcək".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə qeyd edib ki, hələlik hər hansı bir dəyişiklik yoxdur: "Hələ ki, iş qrafiki ilə bağlı bir qərar yoxdur.

Nazirlər Kabinetinin son qərarı belə idi ki, avtobuslar iyun ayında müəyyən günlərdə işləyəcək. Hazırda isə yenilik yoxdur. Bir məlumat olacağı təqdirdə ictimaiyyətə çatdırılacaq. Bəlkə heç qərar olmadı. Bu, ictimai əhəmiyyət daşıyan məsələdir. İnsanlar arasında niyə çaşqınlıq yaradaq? Nəsə olsun ki, biz də məlumat verək".

Naibə
Cebhe.info


Oxunma sayı: 5490