Həkim peyvəndə inanmayanlara müraciət etdi: "Gərək televizora da baxmasınlar"

"Peyvənd elmin məhsuludur. Vaksinasiyaya inanmayanlar gərək televizora da baxmasınlar".
Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış həkim, Azərbaycan Həkimlər Birliyi İdarə Heyətinin üzvü, ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
O bildirib ki, peyvəndə inanmayan insanlar gərək elektrik lampasının işığında oturmasınlar, telefon işlətməsinlər, avtomobil sürməsinlər, kompüterdən, internetdən istifadə etməsinlər:
"Bütün bunlar ELM-in məhsullarıdır. Peyvəndə inanmayan, onu təbliğ etməyən, insanları vaksinasiyaya təşviq etməyən həkimlər də savadsız həkimlərdir".
Semra Ələkbərli
Cebhe.info
Oxunma sayı: 2641