hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Həkimlər müstəqil qərar qəbul edə bilmir - Rafiq Daşdəmirli

Həkimlər müstəqil qərar qəbul edə bilmir - Rafiq Daşdəmirli

“Təəssüflər olsun ki, bu gün ölkədəki virusoloqlar, mikrobioloqlar, epidemioloqlar və pulmonoloqlar müstəqil deyillər və qərar qəbul etməkdə çətinlik çəkirlər. Bu, acı reallıqdır ki, bu gün alimlərimizin müstəqilliyi yoxdur və razılaşdırılmadan qərar verə bilmirlər”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli deyib. R.Daşdəmirli bildirib ki, hətta savadlı həkimlərə belə COVİD-19-un müalicə və profilaktikasından danışmağa şərait yaratmırlar:

“Buna görə də verilmiş qərarların icra mexanizmi öz zəifliyi və qeyri-sağlamlığı ilə seçilir. Bu isə insanların yaşaması, ölkənin gələcək inkişafı üçün ən böyük problemdir. Azərbaycanın ən önəmli problemi icra strukturlarının fəaliyyətsizliyi, korrupsiya və demokratik idarəçilik prinsiplərinin yerinə yetirilməməsidir”.

Cebhe.info


Oxunma sayı: 7151