hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Helikopterlə birbaşa saraya: Trampın özündən əvvəl səs-küyü gəldi

Helikopterlə birbaşa saraya: Trampın özündən əvvəl səs-küyü gəldi

Bu gün ABŞ Prezidenti Donald Trampın helikopteri Londonda Bukenhem sarayının yaxınlığında yerə enib.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, helikopterin trapında Donald Trampı şahzadə Çarlz və həyat yoldaşı Kamilla qarşılayıb. Onlar Trampı sarayadək müşayiət ediblər.

Bundan sonra Tramp və birinci xanım Melaniya Tramp Britaniya kraliçası 2-ci Yelizaveta tərəfindən qəbul edilib. Yelizaveta qonaqların qarşısına gözəl libasda və şlyapada çıxıb.

Sarayın meydançasında yüzlərlə insan toplaşıb. Onlar yaxınlaşan helikopteri görüntüləyib, ancaq bəziləri səs-küydən narazılığını bildirib, “Trampdan əvəl səs-küyü gəldi” deyiblər.

Prezidentin gəlişi artilleriya atəşi ilə qarşılanıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2047