hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Həm yeyin, həm kökəlməyin: Bunun üçün QIZIL QAYDA

Həm yeyin, həm kökəlməyin: Bunun üçün QIZIL QAYDA

Artıq çəki dünyada bir çoxlarının böyük probleminə çevrilib.

Bir çoxları artıq çəkidən xilas olmaq üçün olduqca ziyanlı pəhriz menyuları əldə edir, bəziləri isə hətta əməliyyata girməkdən də çəkinmirlər.

Cebhe.info xəbər verir ki, rusiyalı mütəxəssis Nadejda Paxirko yemək yeyərək eyni zamanda kökəlməməyin yollarından danışıb. O bildirib ki, yemək zamanı boşqaba nəzarət etməklə kökəlməyin qarşısını almaq mümkündür.

Belə ki, boşqabdakı yeməyin 40 faizi karbohidratlar , 30 faizi yağ, 30 faizi isə proteindən ibarət olmalıdır.
Mütəxəssis bildirib ki, yeməkdə proteinlə zənginliyə diqqət yetirilməlidir. Bura toyuq əti, yumurta, dərisiz hindquşu, balıq, ət məhsulları, 5 faizlik süd məhsulları, 25 faizlik pendir daxildir.

Dietoloq yağlı mayonez, smetandan imtina etməyi, onların əvəzində xardallı qatıqdan istifadəni məsləhət görüb. Nahar və ya şam yeməyi zamanı çörəkdən istifadə də məsləhət görülmür. Gündə bir dilim çörək kifayətdir.

Cebhe.info


Oxunma sayı: 1882