hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Həmkarlarını sildi: "Qıcıqlanıram..."

Həmkarlarını sildi: "Qıcıqlanıram..."

"Niyam Salami ilə olan qalmaqala qayıtmaq istəmirəm, heç kimdən küsmürəm. Görəndə, "salam" da verirəm. Qarşı tərəf küsürsə, nə edim. Müvəqqəti həyata görə insanları incitməyə dəyməz".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev "Bir axşam" verilişində deyib. O, sosial şəbəkədə heç bir həmkarını izləmədiyini söyləyib:

"Sosial şəbəkədə qəribə aqressivlik yaranıb. Ona görə də hamını izləmədən çıxardım. Əsəblərimə toxunurdular. İncəsənət sahəsində olanlara baxanda, deyirəm, bunlar nəyi bölüşə bilmirə Kütləni qıcıqlandırmaq olmaz.

İctimai insansansa, dediyin sözə diqqət etməlisən. Elin gözü tərəzidir, qıcıq yaratmayın. Baxıram ki, məndə də qıcıq yaradırlar. Tənqid hər zaman olmalıdır. Amma tənqidlə, təhqir səhv salınır".

Cebhe.info


Oxunma sayı: 914