hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Hər doğulan uşağa müavinəti 600 manata qaldırmaq olar - NECƏ?

Hər doğulan uşağa müavinəti 600 manata qaldırmaq olar - NECƏ?

“Hər yeni doğulan uşağa görə müavinəti 600 manata qaldırmaq mümkündür”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Onun fikrincə, növbəti büdcə ili üçün nəzərdə tutulan 212 milyon manatlıq subsidiyanın  32 milyon 894 min manatı  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə, 11 milyon 994 min manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayıracaq:

"Göründüyü kimi, 2 televiziya birlikdə büdcədən 45 milyon manata qədər vəsait "yeyəcək". Halbuki həmin televiziyalar kommersiya fəaliyyətindən, eləcə də reklam yerləşdirilməsindən kifayət qədər pul qazana bilər. Nəzərə alaq ki, gələn il parlament seçkilərində bunun üçün əlavə imkanlar da  yaranacaq.

Yeri gəlmişkən, bu vəsait hesabına uşağın doğulması ilə bağlı müavinəti 3 dəfə artırıb 200 manatdan 600 manata qaldırmaq olardı".

Alçina Amilqızı
Cebhe.info

 


Oxunma sayı: 1288