t Hər gün 10 min qonağımız gəlir - SEÇİM
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Hər gün 10 min qonağımız gəlir - SEÇİM

Hər gün 10 min qonağımız gəlir - SEÇİM

Hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində ölkəmizə xeyli sayda turist qonaq gəldi. 

Bayram tətilində demək olar ki, şəhərin bütün mərkəzi küçələri müxtəlif ölkələrdən gələn əcnəbilərlə dolub-daşırdı. Bu turistlər arasında isə ərəb vətəndaşları daha çox üstünlük təşkil edirdi.

Maraqlıdır, Yeni ildə Azərbaycana nə qədər turist gəlib?

Azərbaycan Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Cebhe.info-ya açıqlama verərək bildirib ki, ümumilikdə dekabrda Azərbaycana 246 min 593 xarici vətəndaş gəlib:

“Bu isə 2018-ci illə müqayisədə 14.2 faiz artım deməkdir. Rusiya, Gürcüstan, Türkiyə, İran, BƏƏ, Pakistan, Ukrayna, Səudiyyə Ərəbistanı, Hindistan, Qazaxıstan, Türkmənistan, İraq, İsrail, Küveyt, Birləşmiş Krallıq, Özbəkistan, Belarus, Çin, ABŞ, Almaniya və digər ölkələrdən ölkəmizə səfər edənlər olub. Bayram günlərində təxminən hər gün Azərbaycana 10 min nəfər daxil olub. Məsələn, dekabrın 30-u 12 688, 31-i 9 111, yanvarın 1-i 6 200, 2-si 9 766, 3-ü  9 984 nəfər ölkəyə gəlib və bunu ümumi götürdükdə, dekabrın 30-dan yanvarın 6-dək hər günə 10 min nəfər düşür”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1354