hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Hər kəsə peyvənd vurmaq lazımdır? - AÇIQLAMA

Hər kəsə peyvənd vurmaq lazımdır? - AÇIQLAMA

Yanvarın 18-dən etibarən ölkəmizdə vaksinasiya prosesinə start verilib.

İlk olaraq, peyvəndin tibb işçilərinə vurulması nəzərdə tutulduğu üçün hazırda adi vətəndaşlara tətbiq edilmir. Lakin bu prosesə başladıqdan sonra 10 milyon əhaliyə peyvənd olunması zaman alacaq.

Bəs prosesin sürətlənməsi üçün işə özəl şirkətlər cəlb oluna bilərmi?

Cebhe.info-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bütün əhalinin peyvənd olunmasına ehtiyac yoxdur:

“Əvvəla 10 milyon əhaliyə vaksin vurulmasına ehtiyac yoxdur. Təxminən əhalinin 70 faizində immunitetin formalaşması gərəkdir ki, kollektiv immunitet yaransın. Onların da böyük əksəriyyəti artıq xəstələnib, yəni immunitet yaranıb. Təxminən 2 milyona yaxın insanın da vaksinasiya olunması gərəkdir. Bunun üçün də o insanlar lazımdır ki, hansı ki, xəstəliyi keçirtməyib və yaxud da yüngül formada keçirib xəbəri olmayıb. Yəni hər kəsə peyvənd vurmaq lazım deyil”.

Maraqlıdır, vətəndaşların peyvəndlənməsi başlayandan sonra isə peyvənd olunmaq istəyən, ancaq müxtəlif səbəblərdən yaşayış yerini tərk edə bilməyən insanlar üçün yerində xidmət göstərilə bilər?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, hazırda belə bir addım nəzərdə tutulmayıb:

“Hələlik belə bir xidmət nəzərdə tutulmayıb. İlkin mərhələdə səhiyyə işçiləri peyvəndlənəcək ki, onlar da xəstəxanalardadır. Buna görə də sıra adi vətəndaşlara gələndə bu barədə məlumat veriləcək”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1871