hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Hər ölkənin öz virusu olacaq? "Çox güman ki, yeni ştamm Azərbaycanda da var"

Hər ölkənin öz virusu olacaq? "Çox güman ki, yeni ştamm Azərbaycanda da var"

Son bir ildə bütün ölkələrin ortaq dərdinə çevirilən koronavirus artıq fərqli yönlərdə cərəyan etməyə başlayıb.

Belə ki, son günlər virusun Britaniya, Afrika kimi yeni ştammları üzə çıxıb. Alimlərin gəldiyi qənaətə görə, mutasiyaya uğrayan virusun yoluxdurma faizi daha yüksəkdir. Təkcə Britaniya ştammı artıq qonşu Türkiyə də olmaqla, 45 ölkədə yayılıb.

Ötən gün isə Himaley adına Mərkəzin direktoru Aleksandr Hinzburq verdiyi açıqlamada bildirib ki, koronavirusun Britaniya ştammı ilə yanaşı, Rusiya ştammı da ortaya çıxa bilər. Bu da özlüyündə bir sıra suallar yaradır.

Maraqlıdır, Britaniya, Afrika ştammı kimi Azərbaycan ştammı da yarana bilərmi? Ümumiyyətlə, gələcəkdə hər bir ölkənin öz ştammının yaranması gözlənilirmi? Ölkələrin ştammının yaranması nə ilə bağlıdır?

Bu barədə Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib ki, yeni ştamm bəlkə də, artıq Azərbaycanda da var, lakin bu sahədəki araşdırma qıtlığı yekun nəticəyə varmağa imkan vermir:

"Mutasiyalar müxtəlif formalarda olur. Ştammlar virusun yüngül variantlarıdır və ölümcüllüyü aşağıdır. Amma yenə də bu bir xəstəlikdir və nə qədər insanın əmək qabiliyyətinin itməsi müzakirə mövsuzudur. Virus belədir ki, istənilən yerdə konsentrasiya çox toplananda orada mütləq mutasiya yaranır. Konsentrasiya az olan yerdə mutasiyanın yaranması da çətinləşir. Azərbaycanda da konsentrasiya həddən artıq çox idi. Çox güman ki, yeni ştamm bizdə də var. Sadəcə olaraq, bizdə o səviyyədə tədqiqatlar aparılmır deyə, aşkar olunmur. Britaniya ştammı da bilirik ki, çox ölkədə artıq yayılıb. Əgər ölkəmizdə yeni ştamm yoxdursa, digər ölkə ştammları niyə bizə də çatmasın? Bir halda ki, qonşu Türkiyədə də yayılıb. Xəstəliyin kökü kəsilməyincə, hər şey mümkündür".

ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev isə açıqlamasında qeyd edib ki, yeni ştamm əhalinin sayından, ölkədə istifadə edilən dərmanlardan və bir sıra başqa amillərdən asılı olaraq yarana bilər:

"Digər ölkələrdə yaranan mutasiyaların bizə inteqrasiyyası mümkündür. Həmçinin ölkəmizdə yeni ştammın yaranması da mümkün ola bilər, bu istisna edilmir. Düzdür, bizdə yaranma ehtimalı azdır, çünki əhali sayı azdır. Virusun bölünüb çoxalması nə qədər çoxsaylı olursa, mutasiya ehtimalı da o qədər çox olur. Düşünmürəm ki, bu prosesdə daha aqressiv mutasiya formaları yaranacaq. Mutasiyaların yaranması bir çox məsələdən asılıdır. İnsanların immun sistemi, istifadə edilən dərman preparatları, bunun kimi digər endogen və ekzogen faktorların təsirindən yeni ştamm yarana bilər".

Aydın Əliyev yenu ştammın vaksinasiya prosesinə tab gətirməyəcəyini deyib:

"Düşünürəm ki, vaksinasiya prosesi yeni ştammlara qarşı da dözümlü olacaq. Bizdə Çin vaksinləri istifadə ediləcək. Çin vaksinləri də koronavirusun bütün öldürülmüş formalarıdır. Bu da onu göstərir ki, peyvəndlər virusun mutasiyaya uğrayan hər növünə qarşı təsirli olacaq".

Naibə
Cebhe.info


Oxunma sayı: 2234

Bizim Telegram səhifəmizi izləyin