hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Hər vətəndaş 1 ayda 14.6 manat artıq pul xərcləyib

Hər vətəndaş 1 ayda 14.6 manat artıq pul xərcləyib

Car ilin 6 ayı ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə bazarda satılmış əmtəə və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nəzərən real ifadədə 2.6 faiz artaraq 22.8 milyard manata çatıb. 

Təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin 96 faizi özəl sahibkarlıq subyektləri tərəfindən yaradılıb, onun da 47.1 faizi fərdi sahibkarların payına düşüb. 

Cebhe.info xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının “2019-cu ilin ilk 6 ayı üzrə pul siyasəti” adlı hesabatında yer alıb. Hesabatda göstərilir ki, istehlak xərclərinin artımı 2019-cu ilin I yarısında da davam edib.

Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 383.8 manatlıq və ya özundən əvvəlki ilin müvafiq dövrünə nəzərən 14.6 manat daha çox əmtəə və ödənişli xidmətlərdən istifadə edib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 683