hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Hesablama Palatası 2020-ci il dövlət büdcəsi ilə bağlı yanlış rəy hazırlayıb

Hesablama Palatası 2020-ci il dövlət büdcəsi ilə bağlı yanlış rəy hazırlayıb

Hesablama Palatasıdır hökumət qurumlarından fərqli olaraq daha məzmunlu, peşəkar və informativ hesabat və rəylər hazırlayır. Amma Palatanın 2020-ci il dövlət büdcəsi ilə bağlı hazırladığı rəydə bir yanaşması çox yanlışdır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

İqtisadçı xətalı yanaşmanın nədən ibarət olduğunu açıqlayıb:

“Rəydə göstərilir ki, 2015-ci ildə adambaşına düşən qeyri-neft ixracı 170 dollar idi və hökumətin hədəfi 2025-ci ildə həmin göstəricini 450 dollar çatdırmaq olsa da, artıq 2018-ci ildə, yəni proqnozlaşdırılandan 7 il əvvəl artıq buna nail olunub - qeyri-neft ixracı 632 dollara çatıb.

Burada yanlış odur ki, hökumət “Yol Xəritəsi”ndə qeyd elədiyi 170 dollar və 2025-ci ildə çatmaq istədiyi 450 dollar rəqəmi qeyri-neft əmtəə və xidmət ixracını deyil, yalnız əmtəə ixracını nəzərdə tuturdu. Ona qalsa, 2015-ci ildə qeyri-neft əmtəə və xidmət ixracının adambaşına məbləği 170 dollar deyil, 556 dollar olmuşdu. 2018-ci ildə isə qeyri-neft əmtəə ixracının adambaşına məbləği 165 dollar, qeyri-neft əmtəə və xidmət ixracının adambaşına məbləği 632 dollar olub.

Qısası Hesablama Palatası “Yol Xəritəsi”ndəki 170 dolları 632 dollarla deyil, 165 dollarla müqayisə etməli idi. Rəsmi məlumatlardan da göründüyü kimi 3 il ərzində qeyri-neft əmtəə ixracının adambaşına məbləği nəinki artıb, əksinə 5 dollar azalıb”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 925