hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Həyat keyfiyyətinin ən yüksək olduğu 10 ŞƏHƏR

Həyat keyfiyyətinin ən yüksək olduğu 10 ŞƏHƏR

İngiltərənin “The Economist” jurnalı dünyanın müxtəlif şəhərlərində yaşayış standartlarının təhlilini apararaq, həyat keyfiyyətinə görə şəhərlərin reytinqini tərtib ediblər.

Cebhe.info xəbər verir ki, həyatın keyfiyyəti baxımından ən yaxşı şəhərləri müəyyən etmək məqsədilə “The Economist” jurnalı hər bir şəhərdə alıcılıq qabiliyyəti, cinayət və təhlükəsizlik səviyyəsi, səhiyyə xidmətlərinə çıxış, istehlak mallarının qiyməti, habelə yaşayış üçün daşınmaz əmlaka əlçatanlıq, yol tıxacları, ekoloji şərait və iqlim kimi parametrləri təhlil ediblər.

Nəticədə reytinqin ilk pilləsinə Yeni Zelandiyanın Oklend şəhəri layiq görülüb.

Reytinqin sonuncusu isə təhlükəsizliyin zəif olması səbəbindən bu yerdə qərarlaşan Suriyanın Dəməşq şəhəri olub.

Beləliklə, dünyanın ən rahat şəhərlərinin ilk onluğu aşağıdakı kimidir:

Okland, Yeni Zelanadiya;
Osaka, Yaponiya;
Adelaida, Avstraliya;
Vellinqton,Yeni Zelandiya;
Tokio, Yaponiya;
Pert, Avstraliya;
Sürix, İsveçrə;
Cenevrə, İsveçrə;
Melburn, Avstraliya;
Brisben, Avstraliya.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1464