hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevin vəfatından 16 il ötür.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend klinikasında vəfat edib, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub. 

Qeyd edək ki, 1969-cu il iyulun 14-də keçirilən plenumda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O, 1982-ci ilin dekabrınadək Azərbaycan SSR-ə rəhbərlik edib. Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi müstəqillik dövrünə təsadüf edir. O, 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanılıb.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart ayında dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, dövlət müstəqilliyi qorunub saxlanılıb. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulub. Heydər Əliyevin siyasi karyerası bir çox dövlət və millət əhəmiyyətli uğurlarla zəngindir. 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də, Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Heydər Əliyev 2003-cü ilin 12 dekabr tarixində dünyasını dəyişib.

Hər ilin bu günü Heydər Əliyevin xatirəsi yad olunur, Fəxri Xiyabanda olan məzarı ziyarət olub

Cebhe.info


Oxunma sayı: 2058