t HƏYƏCAN: Azərbaycanda yol qəzalarında ölənlərin sayı artır - RƏSMİ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

HƏYƏCAN: Azərbaycanda yol qəzalarında ölənlərin sayı artır - RƏSMİ

HƏYƏCAN: Azərbaycanda yol qəzalarında ölənlərin sayı artır - RƏSMİ

Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O bildirib ki, baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

 Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.

Cebhe.info


Oxunma sayı: 1596