hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hıçqırıq da koronavirus əlaməti imiş - YENİLİK

Hıçqırıq da koronavirus əlaməti imiş - YENİLİK

Koronavirusun daha bir simptomu tapılıb. Bu, daimi hıçqırıqdır.

Cebhe.info xəbər verir ki, bu barədə “The American Journal of Emergency Medicine"də dərc olunan məqalədə bildirilir.

Ekspertlərin fikrincə, bu, 62 yaşlı Çikaqo sakinində müşahidə olunub. O, 4 gün daimi hıçqırıq səbəbi ilə xəstəxanaya aparılıb.

Müayinələr göstərib ki, o, diabet, hipertoniya, ürəyin işemik xəstəliyindən əziyyət çəkib. Daha sonra şəxsdə COVID-19 aşkarlanıb, ancaq onda öskürək, hərarət kimi əlamətlər olmayıb.

Həkimlər bildiriblər ki, buna görə də daimi hıçqırıqdan əziyyət çəkən pasiyentlərə diqqət yetirilməlidir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3092