hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Hicran Hüseynovanın komitəsi geri addım atdı: "Jurnalistlər öz xeyirlərinə olanı yazıb"

Hicran Hüseynovanın komitəsi geri addım atdı: "Jurnalistlər öz xeyirlərinə olanı yazıb"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransdakı çıxışı birmənalı qarşılanmayıb. 

Xüsusilə komitə rəsmisinin “Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir” deməsi bu sahələrə məsul qurumların etirazı ilə qarşılanıb. Bu ittihamla razılaşmayan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Elgün Səfərova  faktlarla çıxış etməməyi irad tutub. Bildirib ki, yaxşı olardı ki, Komitə rəsmisi hansısa tibb müəssisəsində seksizmlə bağlı heç olmasa bir fakt göstərsin.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Cebhe.info-ya açıqlamasında Elgün Səfərovun sözügedən çıxışı ilə tanış olmadığıni deyib və buna görə mövqe bildirmək istəməyib. 

Cebhe.info məsələni ittihamçı tərəflə - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Elgün Səfərovla müzakirə edib. 

Elgün Səfərov Cebhe.info-ya açıqlamasında  deyib ki, onun ifadə etdiyi fikirdə təkcə Azərbaycan deyil, dünya da nəzərdə tutulub. Söylədiyi ifadələr konteksdən çıxarılıb:

“Bir qədər mətbuat nümayəndələri məsələni düzgün vurğulamayıblar. Özlərinə xeyirli olanı qeyd ediblər. Söhbət ondan gedir ki, bütün dünyada seksizm halları var, o cümlədən də Azərbaycanda da baş verir. Seksizm Azərbaycanda qanunvericilikdə bir norma kimi hələ qəbul olunmayıb. Eyni zamanda mövcud qanunvericiliyə bu, qanun pozuntusu kimi də salınmayıb. Seksizm faktları təkrarlanır, cəmiyyətin hər təbəqəsində var və bunun qeyd olunması mümkündür. Seksizmlə bağlı faktın bir-bir qeyd olunmasına ehtiyac yoxdur. Seksizm küçədə də, müəssisədə də baş verə bilər. Ancaq bununla bağlı hazırda cinayət və inzibati iş açıla bilməz. Ona görə ki, seksizmlə bağlı nə Cinayət Məcəlləsi, nə İnzibati Xətalar Məcəlləsi, nə də “Gender haqqında” Qanuna müddəalar salınıb. Biz də onu qeyd etmişik ki, seksizm milli qanunvericilikdə əks etdirilməlidir ki, faktlarla bağlı rəsmi işlər açılsın”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 826