hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hikmət Hacıyev ermənilərin dağıtdığı qəbiristanlıqdan yazdı

Hikmət Hacıyev ermənilərin dağıtdığı qəbiristanlıqdan yazdı

"Ermənistanın vandalizminin daha bir əlaməti. Füzulinin Kürdlər kəndində qəbiristanlıq tamamilə məhv edilib".

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Tvitter"dəki səhifəsində yazıb.

Xatırladaq ki, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir. Səfərdə 120-yə yaxın şəxs iştirak edir.

Cebhe.info


Oxunma sayı: 1288

Bizim Telegram səhifəmizi izləyin