t Hikmət Hacızadə: “Onu birinci dəfə görəndə artıq vurulurdun, valeh olurdun”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Hikmət Hacızadə: “Onu birinci dəfə görəndə artıq vurulurdun, valeh olurdun”

Hikmət Hacızadə: “Onu birinci dəfə görəndə artıq vurulurdun, valeh olurdun”

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov dünyasını dəyişib.

İsveçrədə mühacir həyatı yaşayan keçmiş nazir bu gün vəfat edib.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Tofiq Qasımovla bağlı xatirələrini Cebhe.info ilə bölüşüb:

“Çox böyük insan getdi həyatımızdan. Tofiq Qasımov mənim üçün məşəl kimi bir insan idi. Xalq Cəbhəsinin vicdanı, ağsaqqalı, ağlı idi Tofiq Qasımov. Onu birinci dəfə görəndə artıq vurulurdun, valeh olurdun o insana. İdeal, kristal insan idi Tofiq Qasımov. O, Xalq Cəbhəsinin simvolu idi. Çox üzüldüm! Allah rəhmət eləsin!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6216