hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

"Hind filmləri insanların məhəbbət hislərini öldürür” - Dini komitənin sədri

"Hind filmləri insanların məhəbbət hislərini öldürür” - Dini komitənin sədri

"Azərbaycanda televiziya ekranlarında yayımlanan hind filmləri tamaşaçılar arasında bütün məhəbbət hislərini öldürür”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Beynəlxalq Ailə günü”nə həsr edilən "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, hind filmlərində təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır. O, həmçinin Azərbaycan filmlərində qaynanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib: "Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qaynana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”

M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: "Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır”. (report)

Cebhe.info


Oxunma sayı: 1266