hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Hindistan çayı bahalaşacaq

Hindistan çayı bahalaşacaq

Hindistanda bu il həm quraqlıq, həm də COVID-19 pandemiyası səbəbindən çay məhsulu ciddi problemlərlə üzləşir.

“Report” FT-yə istinadən xəbər verir ki, çay istehsalında lider mövqeyə malik Əssəm ştatının ən azı 90 çayçılıq təsərrüfatında 500-dək koronavirusa yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Əssəm ştatı və ölkənin şimal-şərq regionunda çay becərilən bölgələrdə quraqlıq olub.

İstehsalçılar bildirirlər ki, koronavirusun qarşısı alınmasa, bu hal qiymət artımına gətirib çıxaracaq. “Van Rees” şirkətinin məlumatına görə, Hindistanın şimal bölgəsində çay istehsalı cari ilin mart ayında 47 milyon kiloqram olub ki, bu da ötən ilin müvafiq dövründən çox, amma 2019-cu ilinkindən xeyli azdır. “Mintec” analitik mərkəzinə görə, aprel ayında ən böyük ixracat mərkəzi olan Kəlkətədəki hərraclarda çay əvvəlki aya nisbətən 40 faizdən də çox baha olub.

Çindən sonra ikinci çay istehsalçısı olan ölkə Hindistanda ötən ay əlverişsiz hava və koronavirus səbəbindən bir neçə həftəlik fasilə verdiyinə görə istehsalat xeyli ziyan görüb. Ekspertlərə görə, Hindistanın üzləşdiyi çətinliklər Şri Lanka kimi çay istehsalçısı olan ölkələr üçün əlavə fürsətlər yarada bilər.

Cebhe.info


Oxunma sayı: 1079