hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Hindistan Çinlə sərhədinə əlavə qüvvələr göndərib

Hindistan Çinlə sərhədinə əlavə qüvvələr göndərib

Hindistan və Çin arasındakı gərginlik artır. Çin ilə sərhəd qarşıdurmasından sonra Hindistan rəhbərliyi Çin sərhəddinə tanklar yerləşdirib.

Cebhe. info xəbər verir ki, Hindistanın bu addımı bölgədə sülhün bərqərar edilməsi cəhdi kimi qiymətləndirilsə də, tankların kritik vəziyyətə qarşı tədbirli olmaq məqsədilə yerləşdirildiyi bildirilib.

Tərəflər arasındakı gərginliyi azaltmaq üçün Hindistan və Çinin yüksək səviyyəli hərbi rəsmilərinin bu gün Ladaxda yerləşən Çuşulda görüşəcəyi gözlənilir.

Hindistan ordusunun əraziyə tank yerləşdirmək cəhdi Çin Xalq Qurtuluş Ordusunun bölgədəki mövqelərini zirehli personal daşıyıcıları və hərbi çadırlarla gücləndirməsindən sonra baş verib.

Qeyd edək ki, bu qarşıdurma Çin əsgərlərinin mayın əvvəllərində 3 nöqtədən Ladax bölgəsinə girməsi, burada çadır və hərbi məntəqələr qurması ilə başlayıb.

Çin əsgərləri "bölgəni tərk etməsi" mövzusunda edilən xəbərdarlıqlara əhəmiyyət verməyiblər.

Digər tərəfdən, iyun ayının əvvəlində iki ölkənin Xarici İşlər Nazirliyi rəsmilərinin videokonfrans vasitəsilə sərhəddə artan gərginliyi müzakirə etdikləri açıqlanıb.

Hindistan Çin rəsmiləri ilə mübahisənin dinc danışıqlar yolu ilə aradan qaldırıldığını bildirib, Pekin rəhbərliyi də iki ölkənin gərginlik mövzusunda fikir birliyinə gəldiyini qeyd edib.

Bildirək ki, Çin və Hindistan arasındakı 3500 kilometrlik sərhəd xəttinin çox hissəsi iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur.

Tərəflər uzun sürən danışıqlara baxmayaraq, suverenlik mübahisələrini həll edə bilmirlər. Çin bölgədəki sərhəd yolunu mübahisəli yolla uzatmağa çalışdığı üçün 2017-ci ildə gərginlik artıb.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 1057