hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Hindistanda koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır

Hindistanda koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır

Hindistanda son gün ərzində 368 147 koronavirusa yoluxma halı aşkar edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu bütün dünyada ən yüksək gündəlik yoluxma sayıdır.

Bildirilir ki, ölkədə ümumi yoluxma halı 19 925 604 nəfərə çatıb. Son 24 saatda 3 417 nəfər infeksiyadan həyatını itirib. Bununla da, COVID-19-dan ölənlərin sayı 218 959 nəfərə yüksəlib.

Ölkədə 3 413 642 nəfər aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Hindistan dünyada gündəlik ölüm və yoluxma sayının ən yüksək olduğu ölkədir.

Naibə
Cebhe.info


Oxunma sayı: 397