hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Hindistanda növbə heyvanlara çatdı: 8 şir virusa yoluxub

Hindistanda növbə heyvanlara çatdı: 8 şir virusa yoluxub

Hindistanda artıq heyvanlar arasında da koronavirusa yoluxma qeydə alınır.

Cebhe.info xəbər verir ki, Heydərabad şəhərindəki zooparkda 8 şir virusa yoluxub.

Bu barədə məlumatı "Times of İndia" yayıb.

Bundan əvvəl bənzər hadisə Nyu-Yorkdakı zooparkda qeydə alınmışdı. Bu zooparkda da 8 şir və pələng virusa yoluxmuşdu. Honq-Konqda isə it və pişiklərdə virus tapılıb.

Zoopark əməkdaşları aprelin sonlarında pələnglərdə iştahın itməsi, burnun tutulması kimi əlamətlər hiss olunub. Burada 10 yaşlı 12 şir saxlanılır. Test nəticələri şirlərin virusa yoluxduğunu təsdiqləyib.

Xatırladaq ki, Hindistan dünya üzrə yoluxma sayına görə ikinci yerdədir. Burada 20 milyondan artıq yoluxma qeydə alınıb. Birinci yerdə isə ABŞ dayanır.

Xəzər

Cebhe.info


Oxunma sayı: 826