hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hitlerə görə 29 polis zabiti işdən çıxarıldı

Hitlerə görə 29 polis zabiti işdən çıxarıldı

Almaniyada 29 polis zabiti işdən çıxarılıb.

Cebhe.info xəbər verir ki, polislərin işdən çıxarılmasına səbəb öz telefonlarından Hitlerin şəklini paylaşması olub.

Bəzi zabitlərin qaz kameralarının təsvirlərini də paylaşdıqları ifadə edilib. İşdən çıxarılan polislər Almaniya konstitusiyasını pozmaqda günahlandırılır. Şimali Ren-Vestfaliya əyalətinin Daxili İşlər naziri Herber Reul məsələ ilə bağlı deyib ki, "Bu, Şimali Ren-Vestfaliya polisi üçün rüsvayçılıqdır".

Polislərinin bəzilərinin də iş yoldaşlarını bu hərəkəti barədə məlumat vermədiyi üçün ittiham olunduğu qeyd olunub. İşdən çıxarılan polislərin çoxunun Essen şəhərində xidmət etdiyi bildirilir. Essen Polis İdarəsinin rəisi Franch Richter, "Söz tapmaq çətindir", - deyib.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 639