hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Hitlerin piyadasının gündəliyi: Əsgərlər belə döyüşür, yeyir, əylənir  və ölürdülər- FOTOLAR

Hitlerin piyadasının gündəliyi: Əsgərlər belə döyüşür, yeyir, əylənir  və ölürdülər- FOTOLAR

İkinci Dünya Müharibəsinin maraqlı anları ilə bağlı yazılar hər zaman diqqət doğurub.

Cebhe.info xəbər verir ki, ukraynalı fotoqraf Artur Bondar 2019-cu ilin payızında Böyük Britaniyada hərbi arxivi satın alıb. Arxivdə yüzdən artıq neqativ olub.

Onların 18 sentyabr 1942-ci ildə təhvil verildiyi göstərilib və sifarişçinin soyadı yazılıb - Drezden yaxınlığındakı Elza kəndindən olan Brendt.

Məlumata görə, Brendt piyada birləşməsində xidmət edib, Belçika və Fransanın işğalında və daha sonra SSRİ-yə hücumda iştirakçı olub.

Fotolarda almaniyalı əsgərləri görmək mümkündür. Açıq havada nahar edən, oyun oynayan, dəfn edilən əsgərlərlə yanaşı hərbi əsirlər də görüntülənib. Bəzi fotolarda qucağında uşaq olan qadın görüntülənib.

Ola bilsin ki, bu, fotoqrafın  xanımı və oğludur. Fotonun əsgər məzuniyyətdə olduğu zaman çəkildiyi güman olunur. Bu fotolar İkinci Dünya Müharibəsi ilə bağlı yeni faktların əldə olunması deməkdir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3752