hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Hökumət məşhur şirkətə 9 milyard verir: Əvəzində isə...

Hökumət məşhur şirkətə 9 milyard verir: Əvəzində isə...

Xəbər verildiyi kimi, Almaniyanın "Lufthansa" hava yolları şirkəti koronavirus səbəbi ilə iflas həddindədir.

Bir müddət öncə şirkət hökumətə müraciət edərək maddi yardım istəyib.

Cebhe.info xəbər verir ki, aviaşirkət ilə federal hökumət arasında yardım paketi ilə bağlı davam edən danışıqlar başa çatıb. Bu gün keçirilən iclasda hökumət və şirkət arasında müzakirə edilən yardım paketi ilə bağlı razılıq əldə edildiyi açıqlanıb. Belə ki, hökumət "Lufthansa"nın 20 faiz hissəsini almaq qarşılığında 9 milyard avro yardım paketi ayıracaq. Bundan əlavə, "Lufthansa" Təftiş Şurasının iki üzvü də Almaniya federal hökuməti tərəfindən təyin ediləcək. Sövdələşmənin həyata keçirilməsi üçün müqavilə AB Komissiyası tərəfindən təsdiqlənməlidir.

Digər tərəfdən, 760 təyyarəsi və 138 min işçisi olan "Lufthansa" epidemiya səbəbiylə 20 faizlik gücü ilə çalışırdı.

Tünzalə

Cebhe.info


Oxunma sayı: 1673