hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Hökumət ötən il nə qədər büdcəyə qənaət edib? - AÇIQLAMA

Hökumət ötən il nə qədər büdcəyə qənaət edib? - AÇIQLAMA

Pandemiya dövründə tətbiq olunan karantin rejimi ilə əlaqədar ölkəmizdə bir sıra müəssisənin fəaliyyəti dayandırıldı.

Ali və orta-ixtisas məktəbləri, bir sıra dövlət müəssisələri onlayn şəkildə fəaliyyətlərinə davam etsə də, metro tamamilə çalışmadı.

Maraqlıdır, hökumət ötən il nə qədər büdcəyə qənaət edib?

Bu barədə iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, büdcəyə qənaət təxmini rəqəmlər görə 20 milyon manatdan çoxdur.

“İl ərzində dövlət büdcəsindən metroya 40 milyon manat ayrılır. Bu da aya təqribi 3 milyondan manatdan bir qədər artıqdır. Ötən il də metro 6 ay işləmədi bununla da 18 milyon manat qənaət olunmuş sayılır. Digər məktəb və s. kimi müəssisələrdə isə fəaliyyət olmasa da, orada çalışanlara əməkhaqqı verildiyi üçün təqribi say demək olar. Ancaq dövlət büdcəsi milyardlarla ölçüdüyü üçün bu onun daxilində elə də ciddi rəqəm deyil. Keçən il bu büdcə 24.7 milyard manat olub. Ancaq həmin müəssisələr çalışsa, daha çox gəlir gətirərdi”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 683

Bizim Telegram səhifəmizi izləyin