hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hollivud ulduzu filmdə çəkilmək üçün kosmosa uçacaq

Hollivud ulduzu filmdə çəkilmək üçün kosmosa uçacaq

Hollivud aktyoru Tom Kruz film çəkilişləri üçün kosmosa uçmağa hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə “Space Shuttle Almanac” şirkətinin “Twitter” səhifəsində yazılıb.

Aktyorun kosmosa uçuşu Beynəlxalq Kosmik Stansiyanın yol xəritəsinə daxil edilib. Səfərin 2021-ci ilə planlaşdırıldığı bildirlir.

Filmin rejissoru Daq Laymanın da Tom Kruzla uçacağı bildirilir. Məlumata əsasən, onlar “turistik uçuşa” İlon Maskın “Crew Dragon” gəmisində yollanacaqlar.

NASA da layihədə iştirak edəcəyini təsdiqləyib.

Filmin hələ ki, rəsmi adı yoxdur. Lentin büdcəsinin 200 milyon dollar olacağı qeyd edilir.

Cebhe.info


Oxunma sayı: 1772

Bizim Telegram səhifəmizi izləyin