hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Honkonqda 3 deputat saxlanıldı

Honkonqda 3 deputat saxlanıldı

Honkonqda etiraz aksiyalarının iştirakçılarına dəstəyə görə 3 deputat saxlanılıb. Bundan başqa, daha bir neçə deputat polis bölməsinə çağırılıb.

Virtualaz.org bildirir ki, bu barədə "Anadolu" agentliyi xəbər verir.

Məlumata görə, deputatların saxlanılmasına səbəb onların mayın 11-də keçirilən iclasda qanun layihəsinin müzakirəsinə maneçilik törətmələri olub. İclasda şübhəli şəxslərin Çinə, Tayvana ekstradisiyasını yüngülləşdirən qanun layihəsi müzakirə edilib. Bununla bağlı daha 4 deputat isə polis bölməsinə çağırılıb.

Honkonqda etirazlar ekstradisiya haqqında qanuna düzəlişə görə başlayıb. Qanun şübhəli şəxslərin Çinə ekstradisiya olunmasını nəzərdə tuturdu. Honkonq rəhbərliyi oktyabrın 23-də kütləvi etirazlara səbəb olan ekstradisiya haqqında qanun layihəsinin Qanunverici Şuradan geri çağırılması üzrə rəsmi proseduru həyata keçirib.

Etiraz aksiyaları iyundan davam edir.

Cebhe.info


Oxunma sayı: 331