hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Honqkonqda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi

Honqkonqda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi

Honqkonqda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, nümayişçilər polis bölməsinin qarşısında barikada qurub. Onlar bunun üçün bambuk ağacı, zibil qutuları və plastiklərdən istifadə ediblər.

Polis isə onlara qarşı gözyaşardıcı qazlardan istifadə edib. Etiraz aksiyası polis bölməsinin qarşısında dağıldıqdan sonra, nümayişçilər başqa yerdə toplaşıblar.

Qeyd edək ki, nümayişlərə ekstradisiya qanunun hazırlanması səbəb olub. Həmin qanun cinayətkarların Çin, Makao və Tayvana ekstradisiyasını nəzərdə tutur. Kütləvi aksiyalardan sonra qanun layihəsinin müzakirəsi təxirə salınsa da, Honkonq sakinləri layihənin ləğvinə qədər etirazlara davam edəcəklərini açıqlayıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 650