hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Huawei öz noutbuklarının istehsalını dayandırıb

Huawei öz noutbuklarının istehsalını dayandırıb

DigiTimes saytı öz mənbələrinə istinadən bildirib ki, Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə öz noutbuk istehsalını dayandırıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, may ayının ortasında ABŞ hökuməti Huawei şirkətini və onun strukturuna daxil olan digər şirkətləri qara siyahıya əlavə etmişdi. Bu səbəblə şirkət ABŞ hökumətinin xüsusi icazəsi olmadan ABŞ şirkətlərindən aparat və proqram təminatı ala bilməz.

Cebhe.info technote.az-a istinadən bildirir ki, nəticədə Intel, Qualcomm, Microsoft və Google kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını dayandırmalı oldular. Əsasən də Microsoft şirkətinin Huawei ilə əməkdaşlığını dayandırması o deməkdir ki, Huawei noutbukları Windows əməliyyat sisteminə sahib olmayacaqlar.

DigiTimes saytının verdiyi məlumata əsasən Huawei şirkəti noutbuk istehsalı ilə noutbuk komplektasiyalarının istehsalının dayandırılması üzrə öz partnyorlarına təyinat verib. Bundan əlavə olaraq şirkət öz yeni layihələrini də dayandırıb. Bunun uzun və ya qısamüddətli olub-olmaması bilinmir. Şirkətin özü isə bu məlumata rəy bildirməkdən imtina edib. Qeyd etmək lazımdır ki, şirkət hal hazırda aktiv şəkildə fərdi əməliyyat sistemi üzərində çalışır.

Cebhe.info


Oxunma sayı: 1079