hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Hulusi Akar iddialara cavab verdi

Hulusi Akar iddialara cavab verdi

“”Sülh çeşməsi" əməliyyatına qarşı qara piyar kampaniyası davam edir, "Türkiyə Suriya torpaqlarını işğal edir” iddiaları ortaya atılır”.

Cebhe.info xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar bu iddiaları nəzərə alaraq əməliyyatın keçirilmə səbəbinə bir daha aydınlıq gətirib.

Hulusi Akar "CNN International" kanalına açıqlamasında Türkiyənin Suriya və digər qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib:

“Biz "Sülh çeşməsi" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”. 

YPG/PKK terror təşkilatının çəkilməli olduğu ərazilərdən hələ də çəkilmədiyini deyən Hulisi Akar bildirib ki, həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib: 

“Yəni onlar əməliyyatın keçirildiyi bölgədən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 551