hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Hüquq müdafiəçisi: “450 milyona bir çox qazimizin sağlamlığının bərpasını həyata keçirmək olardı”

Hüquq müdafiəçisi: “450 milyona bir çox qazimizin sağlamlığının bərpasını həyata keçirmək olardı”

“Azərbaycan Mərkəzi Bankının binası üçün 450 milyon tikintiyə pul ayırması məsələsi hüquqa ziddir. Çünki Mərkəzi Bank publik hüquqi şəxsdir. Qanun əsasında yaradılır, mülkiyyəti dövlət mülkiyyətidir, fəaliyyət məqsədi ictimai marağa yönəlir. Biznes qurumu deyil, satınalmalarını “Dövlət satınalmaları haqqında” Qanuna görə həyata keçirir. Ona müstəqillik verilməsinin səbəbi, siyasi müdaxilədən uzaq pul siyasətini həyata keçirə bilməsidir, qazancını necə və kimə xərcləməsi deyil”.

Cebhe.info xəbər verir ki, bunu hüquq müdafiəçisi Fərhad Mehdiyev deyib.

O bildirib ki, yeni bina tikintisinə dair qərar verilirsə, bunda ictimai maraq olmalıdır:

“Üstəlik niyə 100 milyona deyil, məhz 450 milyona bu binanın tikintisində ictimai maraq olduğunu sübut etməlidir. Bir vətəndaş olaraq hər hansı birimiz, Mərkəzi Bankın bu qərarına qarşı 1 saylı İnzibati Məhkəməyə müraciət edə bilərik. Məhkəmə də bu işə baxmalıdır, mümkünlük məsələsində söhbəti fırladıb iddianın mümkünsüz saymamalıdır.

Çünki nəticədə bu 450 milyon bizim cibimizdən çıxır. Məsələn o pulu “YAŞAT” Fonduna yönləndirə bilərdilər, bir çox qazimizin sağlamlığının bərpasını həyata keçirmək olardı. O pullarla əla texnopark qurmaq olardı, orta məktəblər tikmək olardı, çünki onlara ciddi ehtiyac var”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1002

Bizim Telegram səhifəmizi izləyin