hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hüquq müdafiəçisindən Əkrəm Əylisliyə ittiham: “Qonorarının 20 faizini erməni qaçqınlarına verib”

Hüquq müdafiəçisindən Əkrəm Əylisliyə ittiham: “Qonorarının 20 faizini erməni qaçqınlarına verib”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, yazıçı Əkrəm Əylislini növbəti dəfə vətənə xəyanətdə ittiham edib.

Cebhe.info xəbər verir ki, hüquq müdafiəçisi Əkrəm Əylisilidə və onu bizim ölkədə öz kumiri sayanlarda erməni sevgisinin olduğunu deyib:

“Ermənistanda müəllif hüquqlarını verdiyi nəşriyyat və ABŞ-dakı erməni lobbi təşkilatı ANCA-nın sifarişi ilə Bostondakı “Academic Studies Press” elmi nəşriyyatı bu şərəfsizin növbəti kitabını nəşr edib. “Columbia Harriman Institute” də buna həsr olunan vebnar keçirəcək. Ən böyük xəyanət vətəninə və xalqına xəyanətdir. Ondan o tərəfi yoxdur. Əkrəm Əylislinin erməni nəşriyyatı ilə bağladığı müqaviləyə görə, o, müəllif hüququnu bu nəşriyyata verib və müqavilədə ona çatacaq qonorarın 20%-nin erməni qaçqınlarının məskunlaşdırılması fonduna köçürülməsi barədə razılaşıb. Burası aydındır. Amma onu Azərbaycanda öz kumiri sayan nə qədər insan var? Təəssüf ki, çoxdur və onların hamısında erməni sevgisi var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 4566

Bizim Telegram səhifəmizi izləyin