hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Husilər hava limanını vurdu

Husilər hava limanını vurdu

Husilər Səudiyyə Ərəbistanının “Abha” Beynəlxalq Hava Limanına balistik raket zərbəsi endirib.

Cebhe.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı rəhbərliyindəki beynəlxalq koalisiya məlumat yayıb.

Məlumata görə, raket hava limanının gözləmə salonuna düşüb. Nəticədə 26 nəfər yaralanıb.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir.

2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1233