hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

I qrup şəhid övladı Prezidentdən kömək istəyir

I qrup şəhid övladı Prezidentdən kömək istəyir

Suraxanı rayonu Qaracuxur qəsəsəbəsi Y.Eyvazov 40.48/49, ev10, mənzil 19-da məcburi köçkün kimi məskunlaşan Quliyev Səfər İlqar oğlu Mia.az-a məktub göndərib.

O yazır ki, 1990-cı ildə Fizuli rayonunun Horadiz kəndində anadan olub:

"1993-cü ildə məlum səbəblərə görə ev-eşiyimizdən didərgin düşmüşük.

Atam Quliyev İlqar Muradxan oğlu könülü olaraq 848 nömrəli hərbi hissənin top komandiri kimi, torpaqlarımızın azadlığı uğrunda çox qəhramanlıq göstərmiş, dəfələrlə düşmənin texnikalarını, silah -sursat anbarlarını məhv etmişdi.

1993- cü il iyul ayının 3- də vətənin müstəqilliyi uğrunda qəhramancasına şəhid olmuşdur.

Həmin vaxtlarda mənim 3 yaşım var idi, çox çətininliklər gördük.

Mənim hal-hazırda maddi çətinlikərim var, 1-ci qrup əliləm, ayaqlarımda müəyyən qüsurlar var, mualicəyə ehtiyacım var.

Anam da xəstədi, onun aldığı əlillik pensiyası ailəmizə yetmir. Evliyəm, bir oğlum var".

Şəhid övladı yazır ki, məskunlaşdıqları ünvan çox könə və təmirsizdir: "Üstəlik, evin sahibəsi bizi evdən çıxarmaq istəyir".

Sonda o, Prezidentdən və birinci xanımdan xahiş edir ki, ailələrinin çətinliklərinin həli üçün onlara köməklik göstərilsin".

Cebhe.info


Oxunma sayı: 2267