hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İçində heroin olan çantası oğurlandı, polisə müraciət etdi

İçində heroin olan çantası oğurlandı, polisə müraciət etdi

İmişli rayonunda içində heroin olan qadın çantasını oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb. Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanmış narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 364