hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

İcra baçısının qardaşı kəndlərə su vermir: Sakinlər narazıdır

İcra baçısının qardaşı kəndlərə su vermir: Sakinlər narazıdır

Ucar rayon sakinləri Suvarma sistemləri idarəsinin iş prinsipindən şikayətçidir.

Cebhe.info-ya Ucar rayonu Yuxarı Şilyan kənd sakinləri - Əhmədov Behbud Abbas oğlu və Əhmədov Yaşar Bəhlul oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Ərizədə bildirilib ki, Ucar rayon icra hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluqla, özbaşınalıqla məşğul olur. Nəticədə də kənd sakinləri susuzluqdan əziyyət çəkir:

“Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Başqa yerdən gəlirimiz və məşğuliyyətimiz yoxdur. Payızda əkdiyimiz əkini hələ də sulaya bilməmişik. Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu pulla satır. Baxmayaraq ki, biz vaxtında su pulunu veririk. Ancaq Müşfiq Məmmədovun yaratdığı bazarın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün 500 manat pul ödəyir deyə onlar daima su ilə təmin olunurlar”.

Mətbuat vasitəsi ilə Meliorasiy və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova müraciət edən kənd sakinlərin problemlərinin yaxın zamanda həll olunacağına ümid edirlər:

“Taxılın suvarılması üçün hər hektara 15 manat ödəməlisən. Yuxarı Şilyan kəndində minlərlə hektar əkin sahəsi var. Bu minvalla talanan pullar külli miqdardadır. Hələ götürəndə ki, Ucar rayon ərazisi üzrə əkilən torpaqlar daha çoxdur.

Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və Bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar. Zərurət var ki, onlarında fəaliyyəti də təftiş edilsin".

Sakinlər bildirblər ki, Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun əməlləri nəticəsində əkin zay olur:

Bu isə ailəmizin aclıqdan ölməsi deməkdir. Biz kəndlilər sevindik ki, Meliorasiy və Su Təsərrüfatı ASC-yə Zaur Mikayılov sədr təyin edildi. İnanırıq ki, cavan kadr olan Zaur müəllim bizim bu şikayətimizi yerində araşdırılmasına göstəriş verəcək və Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun barəsində ciddi tədbir görəcək.

Mətbuat vasitəsi ilə hörmətli Zaur Mikayılovdan xahiş edirik bu şikayətimizi yerində bizim iştirakmızla araşdırlıb tədbir görülməsinə tapşırıq versin”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1233