hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İcra başçısı qəbiristanlıqda qalan uşaqla görüşür: Şöbə müdiri isə telefonu söndürür

İcra başçısı qəbiristanlıqda qalan uşaqla görüşür: Şöbə müdiri isə telefonu söndürür

Bir neçə gün əvvəl hüquq müdafiəçisi Kəmalə Ağazadə sosial şəbəkədə Ağdaş rayonu Məşəd kəndində Polad adlı 11 yaşlı uşağın səfil vəziyyətdə yaşadığını, qəbiristanlıqda gecələdiyini, təhsildən yayındırıldığını vurğulamışdı. 

Bildirək ki, Polad eyni zamanda başındakı yaralardan da əziyyət çəkir. İddialara görə, xəstəxana pul olmadığı üçün onun müalicəsindən imtina edib. 

Cebhe.info sözügedən paylaşımından sonra Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildirilib ki, onlara bununla bağlı heç bir müraciət daxil olmayıb. Əgər daxil olsa idi, Poladın təhsili və sağlamlığı ilə bağlı lazımi tədbir görülərdi. 

Maraqlıdır, bu müraciətdən sonra Poladla bağlı hansı addımlar atılıb? 

Ağdaş Rayon İcra Hakimiyyətindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, icra başçısı müraciətdən sonra Polad və ailəsini qəbul edərək problemin həllinə çalışıb: 

“Poladla bağlı müvafiq tədbirlər görüldü. İcra başçısı uşağı qəbul elədi, xəstəxana ilə danışıldı, hər şey həll olundu. Valideynləri uşaqla birgə buraya gəlmişdilər. Onları da Hüquq şöbəsinin müdiri Şirazi Qasımzadə çağırtdırmışdı. Şirazi müəllim onlarla danışdı. Bundan əlavə məlumat verə bilmirik. Çünki nələrin danışıldığı haqqında məlumatımız yoxdur”. 

Qeyd edək ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Şirazi Qasımzadə Poladla bağlı sualımızı dinlədikdən sonra telefonu söndürüb. Növbəti zənglərdə isə telefon bağlı olub.

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2069