hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İcra başçısı tutulan rayonda daha bir əməliyyat: Qadın işçini döyən rəis də saxlanıldı

İcra başçısı tutulan rayonda daha bir əməliyyat: Qadın işçini döyən rəis də saxlanıldı

Baş Prokurorluq Şəmkirdə həbs olunan məmurla bağlı açıqlama yayıb.

Cebhe.info xəbər verir ki, açıqlamada martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparıldığı bildirilib:

"Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub".

Cebhe.info


Oxunma sayı: 661