hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

İcra Hakimiyyəti: İsmayıllıda 7 nəfər zəhərlənməyib, onları gün vurub

İcra Hakimiyyəti: İsmayıllıda 7 nəfər zəhərlənməyib, onları gün vurub

İsmayıllı Rayon İcra Hakimiyyəti rayonda keçirilən "Kartof festivalı"nda kütləvi zəhərlənmə ilə bağlı yayılan məlumata münasibət bildirib.

Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev Trend-ə bildirib ki, festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb: "İsmayıllıda "Kartof festivalı" sentyabrın 18-də günorta saatlarında başa çatıb. Tədbirdən 1 sutkadan artıq bir vaxt keçib. Xəstəxanaya müraciət isə bu gün olub. Həkimlər də iddia edir ki, bu zəhərlənmə deyil. Çünki zəhərlənmə dərhal özünü göstərir. Bu hadisə günvurmanın əlamətləridir. Həmin şəxslər sahədən gətiriliblər və onlara ilkin olaraq da günvurma diaqnozu qoyulub. Xəstəxanaya müraciət edən şəxslərə tibbi yardım göstərilib, səhhətləri normaldır və artıq evə buraxılıblar".

Xatırladaq ki, bu gün İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin şəxslərin guya İsmayıllıda keçirilən "Kartof festivalı"nda dönərdən zəhərlənmələri barədə məlumat yaylıb.

Cebhe.info


Oxunma sayı: 1068