hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar

İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar

Goranboy rayonunun  Hazırəhmədli kəndində 16 yaşlı qız qaçırılıb.

Hadisə sentyabr ayının 15-də baş verib. Qızqaçırma faktını Goranboy İcra Hakimiyyətinin informasiya və təhlil sektor şöbəsinin müdiri Faiq Muradov da Modern.az-a təsdiqləyib.

Goranboy İcra Hakimiyyətindən bildirilib ki, Hazırəhmədli kənd sakini 2003-cü il  təvəllüdlü Məmmədova Elvira Talıb qızı həmkəndlisi Mehdiyev  Elvin İlqar  oğlu tərəfindən mağazadan evə qayıdarkən qaçırılıb.

“İlqar onu evlənmək məqsədi ilə qaçırıb”.

 Bununla bağlı Goranboy rayon Polis İdarəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elviranı valideynləri 9-cu sinifdən məktəbdən çıxarıblar.

Cebhe.info


Oxunma sayı: 749